Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Siqaretlə bağlı daha bir qadağa

05.03.2020 14:06
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik edilir.
A24.az xəbər verir ki, qanunun 14-cü (Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi) maddəsinə əsasən, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağandır.

Maddəyə edilən əlavəyə əsasən, tütünün təbliğat məqsədilə reklamı qadağan edilir.

Об этом сообщает Роспрес

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.