Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“SOCAR Türkiyəyə yatırımlarını daha da sürətləndirəcək”

05.03.2020 14:06

“SOCAR Türkiyəyə yatırımlarını daha da sürətli şəkildə davam etdirəcək. Bazarlarda çaxnaşma tələb edəcək bir vəziyyət yoxdur. İlk günlərdəki pessimist notların qısa müddətdə dağılacağına inanıram”.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər veirir ki, bunu “SOCAR-Türkiyə”nin icraçı direktoru Kənan Yavuz deyib.

Türkiyədə  icra etdikləri bütün layihələrin 2018-2019-cu illərdə reallaşdırılacağını vurğulayan K.Yavuz  fikrini belə davam etdirib: “SOCAR olaraq  Türkiyənin gələcəyinə olan etibarımızın sarsılmayacağına heç bir şübhə ola bilməz. Yatırımlarımıza daha da sürətlə davam edəcəyik. Biz, ilk günlərdəki pessimist cədvəlin qısa müddətdə dağılacağına  inanırıq. Sakit olmaq lazımdır və çaxnaşmaya qapanmağa ehtiyac yoxdur. Panika tələb edəcək bir vəziyyət yoxdur. Dünənki və bugünkü iqtisadi tarazlıqlar eynidir”.

Türkiyədə parlament seçkilərinin nəticəsinin  iqtisadi sferaya təsirini dəyərləndirən K.Yavuz deyib ki, bu gün ortaya çıxan tablo ilə birlikdə partiyaların bəyanatları və onların münasibətləri  bazardakı  tərəddüdləri artırmağa istiqamətlənməməlidir. İqtisadiyyatdakı sabitliyi itirmək olmaz. Seçkiöncəsi paradiqmaları davam etdirmək əvəzinə daha sağlam fikrin, yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Əks təqdirdə iqtisadiyyat iflasa uğraya bilər”.