Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SON DƏQİQƏ! Azərbaycanda daha bir elektrik yarımstansiyasında partlayış – Yaralılar var – YENİLƏNİB

05.03.2020 14:06

Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış nəticəsində bir nəfər ağır xəsarət alıb.

Об этом сообщает Руспрес

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Samux rayonunda elektrik yarımstansiyasında aparılan təmir işləri zamanı baş verib. Belə ki, təmir işləri zamanı yarımstansiyada partlayış olub və nəticədə rayonun İnstitut qəsəbə sakini, elektrik montyoru 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri alıb.

O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan A24.az-a verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

“Report”un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.