Son dəqiqə : Fransada 29 yaşlı gənc Yeni il yarmarkasında kütləni gülləbaran etdi – Ölənlər və yaralılar var
05.03.2020 14:06Fransanın Strasbur şəhərində atışma baş verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, atışmada 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir.
Atışma Strasburqun mərkəzi meydanlarından olan Plas-Kleberdə Yeni il yarmarkasında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Fransa daxili işlər naziri bəyan edib ki, yaranmış vəziyyətlə bağlı sərhədlərdə nəzarət gücləndirilib. Nazir əlavə edib ki, atışmanı törədən şəxslərin axtarışına 350 xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.
Hadisəni törədən 29 yaşlı gənc Strasburqda doğulub və xüsusi xidmət orqanlarında onun haqqında terror hadisəsi törədə biləcək şəxs kimi məlumat olub.

