Sosial şəbəkələrdə vəsiqəsi yayılan baş fakt araşdırıcı kimdir? – Keçmiş məhbus, həkim, jurnalist və hüquqşünas
05.03.2020 14:06Bir neçə gündür sosial şəbəkələrdə “FAKT ARAŞDIRICI-N” MMC adlı şirkətin əməkdaşına verilmiş vəsiqənin görüntüləri yayılıb. Vəsiqənin sahibi olan İbrahimova Faila Abbas qızının respublika üzrə baş fakt araşdırıcı vəzifəsini daşıması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Eyni zamanda, vəsiqə sahibinin vəzifəsi müzakirə mövzusuna çevrilib.
Об этом сообщает Роспрес
A24.Az məsələnin aktuallığını nəzərə alaraq sözügedən vəsiqənin sahibi haqqında qısa araşdırma aparıb. Özünü respublika üzrə baş fakt araşdırıcı kimi təqdim edən İbrahimova Faila Abbas qızının əvvəllər məhkum olunduğu üzə çıxıb. 2014-cü ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim etmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək 100 manat alarkən Astara RPŞ əməkdaşları tərəfindən tutulub. Onun bir müddət əvvəl Hacıqabul rayon Mərkəzi Xəstəxanasının baş həkimindən də şantaj yolu ilə pul alması cəhdi isə uğursuzluqla nəticələnib.
Araşdırmalar zamanı məlum olub ki, İbrahimova Failə Abbas qızı 2014-cü ildə Qaradağ rayonun sabiq prokuroru Pənahov Fəxrəddin Pənah oğlunun cinayət məsuliyyətinə cəlb edilib, barəsində müvafiq qərar çıxarılmasına dair xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Daha sonra xanım araşdırıcı məhkəməyə müraciət etdiyi şikayət ərizəsindən imtina edib. Baş fakt araşdırıcının ötən il Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarından biri barəsində məhkəməyə şikayətlə müraciət etdiyi də məlum olub. Müraciətdə sabiq məhbus şikayət etdiyi informasiya agentliyinin fəaliyyətinin dayandırılmasını və ona külli miqdarda təzminat ödənilməsini tələb edib. Amma məhkəmənin qərarı ilə onun iddiası rədd edilib.
Heç bir tibb təhsili olmayan baş araşdırıcının həkim olmaq istəyi isə ürəyində qalıb. 2015-ci ildə həkim vəzifəsinə işə qəbul olmaq üçün sertifikat alan İbrahimova Failə Abbas qızı xəstəxanaların birində həkim kimi çalışmaq niyyətinə düşüb. Daha sonra həkim kimi fəaliyyət göstərə bilməyən İbrahimova bu dəfə Səhiyyə Nazirliyini məhkəməyə verib. Amma məhkəmə onun bu iddiasını da rədd edib. Həkim ola bilməyən xanım araşdırıcı bu dəfə bəxtini hüquqşünas olmaqda sınayıb və özünü respublika üzrə fakt araşdıran kimi tanıtdırmağa başlayıb.
F.İbrahimovanın təmsil etdiyi şirkət barəsində də bir neçə il bundan öncə cinayət işi açılıb. Belə ki, 2015-ci ildə MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşı tərəfindən 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apardıqları məlum olub. Fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Eyni zamanda, bu ilin mart ayından Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb. Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov adlı şəxslər özlərini “Fakt Araşdırıcı N” MMC adlı şirkətin əməkdaşları kimi təqdim edərək magaza sahiblərindən pul tələb ediblər. Onlar Cəlal Şahbazova məxsus ərzaq mağazasında işçilərin müqavilələrinin olmaması, müddəti keçmiş mallar barədə dövlət orqanlarına məlumat verəcəklərini bildirib, hədə-qorxu gələrək pul almaq istəyiblər. Tutulan şəxlərin vəsiqələri araşdırılarkən özünü direktor kimi təqdim edən Ramazan Kərimovun bir qəzetin bölgə müxbiri olduğu üzə çıxıb.

