Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Stiven Hokinq: Tramp dünyanı Venera kimi istixana edəcək

05.03.2020 14:06

“Trampın hərəkətləri dünyanı temperaturu 250 dərəcə olan və sulfat turşusu yağan Venera ilə bərabər edə bilər”.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri ingilis fiziki Stiven Hokinq BBC-yə verdiyi müsahibəsi zamanı deyib. O, ABŞ prezidenti Donald Trampın verdiyi qərarla ölkəsinin Paris İqlim Müqaviləsindən imtina etməsinin dünyaya zərər verəcəyini, “bu addım dünyanı Venera kimi istixana planetə çevirməsinə gətirib çıxara bilər” söyləyib.

Təcavüzkarlığın insanın təbiətində olduğunu deyən Hokinq həyatda qalmağın yeganə yolunun başqa bir planetdə yaşamaq olduğuna diqqət çəkib.

“Qlobal istiləşmənin tərsinə çevrilməz hala gələcəyinin müzakirə mövzusuna yaxınıq. Trampın hərəkətləri dünyanı temperaturu 250 dərəcə olan və sulfat turşusu yağan Venera ilə bərabər edə bilər. İqlim dəyişikliyi qarşılaşdığımız ən böyük təhlükələrdən biridir. Əgər indi hərəkətə keçsək bunun qarşısını ala bilərik. Donald Tramp iqlim dəyişikliyinin dəlillərini inkar edərək, Paris İqlim Müqaviləsindən imtina etməklə gözəl planetimiz üçün qarşısı alına bilən ekoloji problemlər təhlükəyə səbəb olacaq və övladlarımız üçün həyati təhlükə yaradacaq”.

Dünyadakı günlərimizin sayılı olduğunu irəli sürən Hokinq iqlim dəyişikliyində insan genomuna da təcavüzün olduğundan dolayı narahat olduğunu ifadə edib.

Yer üzündə qarşıdurmaların azalmadığını bildirən Hokinq hərbi texnologiyanın və kütləvi qırğın silahlarının inkişafı da bu vəziyyəti daha qorxunc hala gətirdiyini və “İnsan irqinin həyatda sağ qalması üçün ən yaxşı ümid vasitəsi kosmosda müstəqil kolonyalar halında yaşamasıdır” fikirlərini əlavə edib.

Firuzə Alimova