Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Süfrədən duran kimi yenə acırsız?- Səbəbi bu qidalardır

05.03.2020 14:06

Yemək süfrəsindən durmamış acırsınız. Xüsusilə diet saxlayanlar insanı tox tutan qidalardan istehlak etməyə üstünlük verirlər. Bəzən insan doyduğunu fikirləşərkən daha tez acmağa başlayır. Buna səbəb qəbul etdiyiniz qidalardır.

Об этом сообщает Руспрес

A24.Az insanı tez acdıran qidaların siyahısını təqdim edir.

Buğda çörəyi

Ağ çörəyin insan sağlamlığına çox da faydalı olmadığını bilirik. Ağ çörək yeməkdən qaçınırıq, amma tam buğda çörəyi yeyərkən bir şeyi diqqətə almırıq. Qara çörəyin tərkibində qlisemik indeks yüksəkdir. Yüksək qlisemik indeksinə malik olan qidalar qan şəkərinin, yəni insulinin səviyyəsini yüksəldir. Bu da həddən artıq acmaya səbəb olur.

Yumurta ağı

Təkcə yumurtanın ağını yemək insanı doydurmur, əksinə daha tez acmasına səbəb olur. Çünki yumurtanın sarısının tərkibində doymuş yağlar var, ona görə də yumurta doyurucu effektə malikdir. Yumurtanı bütöv halda yeyin.

Meyvəli qatıq

Çəkinizi azaltmaq üçün yediyiniz meyvəli qatıqlar (yoqurt) əslində daha çox acmağa səbəb olur. Marketlərdə satılan meyvəli yoqurtların tərkibində şəkər var və bu da insanı tez acdırır. Ondansa ev şəraitində qatığın içinə meyvə dilimləri doğrayaraq yoqurtu özünüz hazırlaya bilərsiniz.

Meyvə suyu

İstəyirsiniz marketdən alın və ya özünüz hazırlayın, içdiyiniz bütün meyvə sularının tərkibində şəkər var. Ona görə də insanlar adaha tez acırlar. Meyvə suyu içmək əvəzinə meyvəni bütöv halda yeyin. Çünki bir stəkan meyvə suyunun tərkibindəki kalori 1 meyvənin kalorisindən qat-qat çoxdur.

Vüsalə