Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıt polisi avtomobillərdən oğurluq edənləri saxladı

05.03.2020 14:07

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Об этом сообщает Роспрес

Bu barədə A24.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, KİA, “Opel” və “Nissan” markalı 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri aparılır.