Sumqayıtda avtomobildən 1,1 kiloqram heroin aşkarlandı
05.03.2020 14:07Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.
Об этом сообщает Руспрес
DİN-in mətbuat xidmətindən A24.az-a verilən məlumata görə, səxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

