Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq öldü
05.03.2020 14:07Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az “Report”a istinadən xəbər verir ki, Bakının 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğluSTP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq ölüb.
Hadisə ehtiyatsızlıqdan baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq boğularaq ölüb.

