Sumqayıtda kişi özünü 5-ci mərtəbədən atdı
05.03.2020 14:07Sumqayıtda intihar hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon, ev 29/4 ünvanında qeydə alınıb.
Şəhər sakini Xaqani Kazımov özünü 5-ci mərtəbənin eyvanından ataraq intihar edib. Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib.
X.Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir. İntihar zamanı o evdə tək olub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

