Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda uşaq hədələnərək evdən 25 min manat oğurlamağa məcbur edilib

05.03.2020 14:07

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

Об этом сообщает Руспрес

A24.Az-ın xəbərinə görə, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.