Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda məhdudiyyət yaranacaq
05.03.2020 14:07Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçivanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Об этом сообщает Руспрес
Bu barədə A24.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

