Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Suyu qulaqdan necə çıxartmaq olar? – Sadə üsullar

05.03.2020 14:08

Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su daxil ola bilər. Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır. 

Об этом сообщает Футляр от виолончели

Bunun üçün bəzi sadə üsullar var.

  1. Su olan qulağı aşağı əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakuum yaranır və bu da suyun qulaqdan çıxarılmasına kömək edir.
  2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.
  3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.
  4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.
  5. Saqqız çeynəyin. Bu suyu çölə itələyəcək.
  6. Əsnəyin.
  7. Qulağınızın üzərinə isti bir şey (qrelka və s.) qoyun və bir az saxlayın.
  8. Burnunuzu barmaqlarınızla sıxın və bir neçə dəfə udqunun.

Əgər qulaqda ağrı, eşitmənin pisləşməsi, irinli ifrazatlar kimi simptomlar əmələ gələrsə, vaxt itirmədən LOR həkiminə müraciət edin.