Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tac Mahalda müsəlmanlara namaz qadağası qoyuldu

05.03.2020 14:08

Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahalda yerləşən məsciddə başqa şəhərlədən gələnlərin cümə namazını qılmaları qadağan edilib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, bu barədə məlumat  “Hindustan Times”da dərc edilib.

Xəbərdə deyilir ki, Hindistanın Ali Məhkəməsi ölkənin şimalında Uttar Pradeş əyalətinin Aqra şəhərində yerləşən Tac Mahaldakı məsciddə başqa şəhərlərdən gələn müsəlmanların cümə namazını qılmalarını qadağan edən qərar qəbul edib.

Məhkəmə səlahiyyətliləri qərarı vermələrinə səbəb kimi Tac Mahalın dünyanın 7 möcüzəsindən biri və qorunmasının vacib olduğunu açıqlayıb. Onlar “Aqrada bir çox məscid var. Namaz qılmaq istəyənlər orda ibadət edə bilərlər” ifadələrini işlədib.

Verilən qərara görə Tac Mahaldakı məsciddə cümə namazını qılmaq istəyən müsəlmanlar Aqrada yaaşdıqlarını sübut etmək üçün bu barədə sənəd göstərmək məcburiyyətində olacaqlar.

Qeyd edək ki, Tac Mahal Babur Şah tərəfindən qurulan Hind-Türk imperiyasının VI hökümdarı Şah Cihan tərəfindən 1631-ci ildə 14-cü övladlarını dünyaya gətirən zaman dünyasını dəyişən Ərcümənd Banunun xatirəsinə tikilib. 1632-ci ildə imperiyanın paytaxtı olan Aqra şəhərində Yamuna çayının sahillərində tikintisinə başlanılan tarixi əsər 20 ilə tamamlanıb.