Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Təcili yardım gecikdi, gənc oğlan öldü

05.03.2020 14:08

 Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin “Report”un əməkdaşına verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında  halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova “Report”a bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən 1 saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə “Report”un əməkdaşının suallarını cavablandırmaqdan boyun qaçırıb.

Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Foto Qalereya: