Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tehranda Bakıya qarşı pankart

05.03.2020 14:08

Noyabrın 25-i Tehranın “Azadi” stadionunda Təbrizin “Traktor” futbol klubu ilə paytaxtın “Perspolis” komandası arasında keçirilən matç zamanı insident yaşanıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, oyundan öncə “Perspolis”in üç azarkeşi azərbaycanlı azarkeşlərə video-müraciət yollayaraq, bazar günü stadionda pantürklərin “Xəlic-i ərəbi” (Ərəb körfəzi) şüarlarına cavab olaraq “Artsaxe erməni” şüarı səsləndirəcəklərini bəyan ediblər. “Qarabağın düzgün adı budur: “Artsaxe erməni”, – onlar deyiblər.

Fanatlar İran çempionatının 13-cü həftəsində stadiona əllərində Qarabağın ermənicə qondarma adı yazılmış pankartla gəliblər. Bu da Otaylı-Butaylı Azərbaycanda böyük narazılıqla qarşılanıb.

Bundan əvvəl də dəfələrlə “Traktor”-“Perspolis” görüşü müxtəlif neqativ olaylarla yadda qalıb. Bu da əslində təsadüfi deyil. Çünki “Traktor Sazi” Cənubi Azərbaycanda yaşayan həmyerlilərimiz üçün bir futbol klubundan daha böyük məna kəsb edir. Hazırda bu klub İranda yaşayan Azərbaycan türklərinin milli kimlik mübarizəsinin simvollarından birinə çevrilib. 48 illik tarixi olan “Traktor Sazi” klubu gücünü türk nüfuzundan alır. “Traktor” dünyada ən çox azarkeşi olan türk klubudur.

1970-ci ildə yaradılmış bu klub adını Təbrizdə fəaliyyət göstərən traktorqayırma zavodundan götürüb. Komanda ilk vaxtlar sözügedən zavodda çalışan işçilərdən ibarət olub və sonradan peşəkar komanda kimi fəaliyyətini davam etdirib.

Tehranın “Perspolis” klubu isə adını Əhəmənilər dövlətinin paytaxtı kimi tarixə düşən, hazırda xaraba vəziyyətində olan Persopolis şəhərindən götürüb.