Terim azərbaycanlı şərhçiyə “Qalatasaray” forması bağışladı
05.03.2020 14:09Bu gün “Qalatasaray” UEFA Çempionlar Liqasında Moskvada “Lokomotiv”lə qarşılaşacaq.
Об этом сообщает Роспрес
A24.Az-ın xəbərinə görə, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Rusiyada işləyən azərbaycanlı televiziya şərhçisi Elvin Kərimova forma bağışlayıb.
Belə ki, oyundan öncə keçirilən mətbuat konfransında Elvin Kərimov rus dilində iki sual verib. Həmin vaxt rus dilindən türkcəyə tərcüməçilik edən şəxs Kərimovun Rusiyada “Qalatasaray”ın ən çılğın azarkeşi olduğunu bildirib.
Fatih Terim isə suallara cavab verdikdən sonra ona forma bağışlayacağını bildirib. “İmperator” sözünün üstündə durub və formanı Elvin Kərimova bağışlayıb.

