Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tibb bacısına qarşı tükürpədən iddia: “Azyaşlı qızıma “ölsün, canımız qurtarsın” dedi”

05.03.2020 14:09

Poliklinika: “Aytəkin Bayramova öz səhvini anlayıb üzr istəyib, biz də bağışlamışıq”.

Об этом сообщает Руспрес

Vətəndaş Aytəkin Bayramova Sumqayıt şəhəri 1 saylı uşaq poliklinkasının tibb bacısından şikayətçidir.

A24.Az xəbər verir ki, şikayətçinin alergin-bronxit xəstəliyindən əziyyət çəkən 8 yaşlı qızı Fatimə İbrahimovanın müalicə aldığı bu poliklinkada halı pisləşib. Aytəkin Bayramova bildirib ki, onun qızına vurulan iynədən sonra uşağının səhhəti daha da pisləşib:

“Müalicəyə başlamaq üçün maddi imkanım olmadığından dövlət müəsissəsi olan 1 saylı uşaq poliklinikasının baş həkimi Təranə xanıma müraciət etdim. O mənə göndəriş verdi. Tibb bacısı Ülviyyə xanım 2 gün problemsiz iynələri vurdu. Üçüncü gün, yəni 15.10.2018 -ci il saat 16:00 radələrində mən poliklinikaya getdim. İynə otağı bağlı olduğundan tibb bacısı Ülviyyə xanım bizə sabah gəlməyi məsləhət bildi. Mən isə həkimin sitemi günaşırı vurulması yazdığını dedim. O katibənin məsləhəti ilə fizoterapiya otağına getdi. Mən isə dərmanları o biri otaqdan gətirmək üçün oraya getdim. Bir dəqiqə ərzində geri qayıtdım, qayıdarkən ünvanıma səslənən, xoşagəlməz ifadələrin deyildiyini eşitdim. Ülviyyə xanım və fizoterapiya otağının tibb bacısı İlhamə xanım deyirdilər ki “Elə bil Aytəkin dilənçidir, keçən il də gəlmişdi uşağını tok, inqaliasiya etdirdi, 1 qəpik də vermədi. Bezmişəm daha, biz burada havayı oturmuruq ki, bir zəhərli maddə ola sistemə qatasan, ölsün, canımız qurtarsın bir də buraya gəlməsin”. Sonra Ülviyyə xanım sistemi uşağa köçürtdü və həyəcanla otaqdan çıxdı. Mən uşağın narahat olduğunu görüb sistemin dayandırılmasını tələb etdim. O inad etti və dayandırmadı. Mən kəpənəyi uşaqın qolundan dartıb çıxardım və tez baş həkimin otağına gedib şikayətimi bildirdim. Amma o çox soyuqqanlı yanaşdı. Öz cibindən 2 manat verərək həmin dərmanları aldırdı və yenidən uşağa vurdurdu. O gündən bu günə kimi uşaq heç nə yemir, başı bərk ağrıyır, ürəyi bulanır. Mən bir ana kimi çox narahatam”.

Həmçinin Aytəkin Bayramova poliklinkada aldığı müalicədən sonra övladının səhhətində yaranan problemə görə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək şikayət edib. Eləcə də o, Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək məhlul və övladının yoxlanılmasını, sağlamlığının bərpa olunmasını xahiş edib.

Vətəndaş Aytəkin Bayramovanın şikayəti əsasın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərilib.

Məsələ ilə bağlı Sumqayıt şəhəri 1 saylı uşaq poliklinkasından isə bizimyol.info-ya bildirilib ki, vətəndaş Aytəkin Bayramovanın şikayəti həqiqətə uyğun deyil: “Aytəkin Bayramovanın müraciəti araşdırılıb. Onun şikayəti əsassızdır. Öz səhvini anlayıb, üzr istəyib, biz də bağışlamışıq”.