Tibbdə daha bir ilk: xərçəngin erkən diaqnostikasında itlərdən istifadə olunacaq
05.03.2020 14:09Böyük Briyaniyanın Hull və East Yorkshire Xəstəxanaları Fondu tərəfindən həyata keçiriləcək 3 illik təlimdən sonra itlərin, bağırsaq xərçəngi diaqnostikasında istifadə ediləcəyi açıqlanıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Hull və East Yorkshire Xəstəxanaları Fondunda baş tutacaq üç illik sınaq prosesində, itlər, təlimlər vaxtı 2000-dən çox sağlam və xəstə fərdlərə aid sidik nümunələri iyləyəcəklər. Mütəxəssislər, itlərin, məşhur bir kəskin qoxu hissinə malik olduqlarını və xəstəliklərin yaratdığı qoxu izlərini aşkar edəcəklərini bildiriblər. Mövzu haqqında açıqlama verən kolorektal cərrahiyyə məsləhətçisi İan Hunter, “Sidik testi kimi daha doğru və daha az narahatedici olan bağırsaq xərçənginin yeni yollarını tapmaq, normal və səmərəli şəkildə lazımsız kolonoskopiya edən xəstə sayını azalda və yoxlamada iştirak edən insan sayını artıra” bilər – dedi. Tədqiqatçılar, yeni üsulun xəstəliklərin təsbitini asanlaşdıracağını və müdaxilə tələb edən müəyyən üsullarına ehtiyacın azaldacağına ümid edirlər. Daha əvvəl aparılan bir işdə sidik nümunələrində prostat xərçənginin müəyyənləşdirməsində 93% etibarlılıq təmin olunduğu açıqlanıb.
Orxan Aslanlı // A24.Az

