Tovuzda arının sancdığı qadın ölüb – Səbəb
05.03.2020 14:09Tovuz rayonunda boynundan arı sancan qadın ölüb.
Об этом сообщает Руспрес
Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində 46 yaşlı Hicran Ələsgər qızı Məsiyevanı boyun hissəsindən – şah damarının üstündən arı sancıb. Nəticədə vəziyyəti ağırlaşan qadın sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Məsiyevanın ailəsi arıçılıqla məşğuldur. Hadisə o, yaşadığı evin həyətində olarkən baş verib.

