Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tovuzda yük və minik avtomobilləri toqquşub

05.03.2020 14:09

Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Об этом сообщает Футляр от виолончели

A24.az “Report”a istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kəndində yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Zaqatalada minik avtomobili aşıb.

Foto Qalereya: