Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Toyda zəhərlənmə – meyvə şirəsi 14 nəfəri xəstəxanalıq etdi

05.03.2020 14:09

Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

Об этом сообщает Футляр от виолончели

Saytımız APA-ya istinadən xəbər verir ki, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.