Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tramp ABŞ bayrağını səhv rənglədi

05.03.2020 14:09

İnternet istifadəçiləri ABŞ prezidenti Donald Trampı ölkə bayrağının görünüşünü bilməməkdə ittiham ediblər.

Об этом сообщает Футляр от виолончели

Saytımız RİA “Novosti”yə istinadən xəbər verir ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfər şəklini Birləşmiş Ştatların səhiyyə naziri Aleks Azar “Twitter”də paylaşıb.

İstifadəçilər Ağ Ev rəhbərinin uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetiriblər. Belə ki, onlardan birində onun bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rənglədiyi görünür.