Tramp ikinci dəfə də prezident olmaq istəyir
05.03.2020 14:09ABŞ prezidenti Donald Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcək.
Об этом сообщает Роспрес
Saytımızın məlumatına görə, D.Tramp bu barədə “Daily Mail”ə müsahibəsi zamanı bildirib.
ABŞ prezidenti deyib: “Mən qətiyyətlə namizədliyimi irəli sürmək fikrindəyəm. Belə görünür ki, hamı bunu istəyir”.
D.Tramp demokratlar arasında ona rəqib ola biləcək namizədin olması barədə suala cavabında deyib: “Yox, mən heç kimi görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur… Onların düzgün namizədi yoxdur”.

