Tudor Seria A yolunda
05.03.2020 14:10“Cenoa” baş məşqçisi İvan Yuriçlə yollarını ayıra bilər.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin növbəti turda baş tutacaq “Sampdoriya” – “Cenoa” matçında da xal itirəcəyi təqdirdə, baş məşqçinin müqaviləsinə xitam veriləcəyi qeyd olunub.
İtaliya mətbuatı Yuriçin “Cenoa”dan gedəcəyi təqdirdə, baş məşqçi postuna əsas namizəd kimi David Nikolanı göstərib. Lakin klub prezedenti Enriko Presiosinin İqor Tudorla görüşdüyü də iddia edilir. Tudor 2017-ci ildə “Qalatasaray”ı çalışdırıb. 2018-ci ilin aprelində “Udineze”nin “sükanı arxasına” keçən Tudor, yayda vəzifəsindən uzaqlaşdırılıb.
“Cenoa” A Seriyasında 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

