Turist körpəsini dənizdə doğdu: Balkondan baxanlar isə…
05.03.2020 14:10Adı açıqlanmayan rusiyalı turist Misirin Şarm El-Şeyh bölgəsində dənizdə çimərkən körpəsini dünyaya gətirib.
Об этом сообщает Руспрес
Saytımız xarici mediaya istinadən xəbər verir ki, gənc qadının köməyinə əri və yaşlı bir kişi gəlib. Balkondan baxan Hadia Hosny el Said adlı bir şəxs isə gördüyü hadisənin qarşısında təəccüblənərək baş verənləri anbaan kamerayla çəkib.
“Daily Mail”də dərc edilən xəbərə görə, əslində yaşlı kişinin suda doğum üzrə təcrübəli həkim olduğu bildirilib. Doğumdan sonra uşaq və ananın vəziyyətinin yaxşı olduğu açıqlanıb.

