Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk Ordusundan PKK-ya ağır zərbə

05.03.2020 14:10

Türkiyədə sülh və əmin-amanlıq şəraitini pozmağı hədəfləyən PKK-ya qarşı əməliyyatlarını fasiləsiz davam etdirən təhlükəsizlik qüvvələri Hakkari, Bitlis, Tunceli, Şırnak və Diyarbəkir əyaləti başda olmaqla Şərqi və Cənub-şərqi Anadolu bölgələri sərhəddində tez-tez əməliyyat aparır.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terroristləri izləyən təhlükəsizlik qüvvələri, təşkilata qarşı uğurlu əməliyyatlar keçiriblər.

Əməliyyatlarını qətiyyətlə davam etdirən təhlükəsizlik qüvvələri, şəhər mərkəzi və kənd demədən həm daxildə, həm də xaricdə PKK-lı terrorçuları təqib edib. Şərq və Cənub-şərq bölgəsində hava və quru əməliyyatları terrorçulara həm şəxsi heyət, həm də ciddi maddi-texniki itki yaşadan təhlükəsizlik qüvvələri, təşkilatın bir çox sözdə “yüksək səviyyəli” məsul nümayəndələrini zərərsizləşdirib. Bu da terror qruplaşmasına qarşı ən ağır zərbələrdən biri olub.

Orxan Aslanlı / A24.az