Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Bakıya gəlir
05.03.2020 14:10Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək.
Об этом сообщает Роспрес
Bu barədə A24.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

