Türkiyədə qatar qəzasında ölənlərin sayı artır – YENİLƏNİB
05.03.2020 14:10Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.
Об этом сообщает Руспрес
A24.Az “Habertürk”ə istinadən xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.
Qatarda ümumilikdə 206 sərnişin olub.
Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.
Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarının lokomotivlə toqquşması nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
A24.Az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Ankara valisi Vasip Şahin bildirib.
Onun sözlərinə görə, sürət qatarı eyni yolda nəzarəti həyata keçirən lokomotivlə toqquşub.
Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin yaralanıb.
A24.Az “Habertürk”ə agentliyinə istinadən xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

