Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə ABŞ-dan süd məhsulları idxal edəcək – Gərginlik azalır?

05.03.2020 14:10

Türkiyənin üç il fasilədən sonra ABŞ-dan süd məhsulları idxal etməyə başlayacağı bildirilib. İdxal ediləcək məhsullar inək, qoyun və keçi südündən olan məhsullar olacaq.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Dünya” qəzeti Əli Əkbər Yıldırımın xəbərinə görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə üç ildən bəri sertifikat problemi üzündən baş verməyən süd məhsulları idxalı bu problemin həll edilməsi ilə yenidən başlayacaq.

ABŞ-ın “Süd məhsulları üçün Türkiyə bazarı açılıb” başlıqlı hesabatında ABŞ-ın Türkiyə süd məhsulları bazarını yenidən açmaq üçün danışıqlar apardığı qeyd edilərək, 31 iyul 2018-ci il tarixindən etibarən problemin həll edildiyi və Türkiyəyə ixracın başlayacağı ifadə edilib. İdxal ediləcək məhsullar inək, qoyun və keçi südündən hazırlanan məhsullar olacaq. İdxal ediləcək məhsullar arasında pendir, kərə yağı, uşaq yeməkləri kimi məhsulların olduğu bildirilən hesabatda, səhiyyə sertrifikatı müddəti tamamlanmadan əvvəl, Türkiyənin ABŞ-dan süd məhsulları idxalının 2014-cü ildə 24.2 milyon dollara qədər yüksəldiyi, bunun böyük hissəsinin kərə yağı olduğu qeyd edilib.

Orxan Aslanlı / A24.az