Türkiyə aldığı S-400-dən birini Naxçıvanda yerləşdirir – S-400-lərlə müharibə başlaya bilərmi?- FOTOLAR – VİDEO
05.03.2020 14:10Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri almaq üçün danışıqlara başlayıb. 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.
Об этом сообщает Футляр от виолончели
Güman edilir ki, Türkiyə S-400 raket kompleksindən birini Naxçıvanda yerləşdirəcək. Türkiyənin Rusiya ilə hərbi-sursat almaqla bağlı apardığı danışıqlar Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Belə ki, Rusiya S-400 raket kompleksinin birini də Ermənistanda yerləşdirib. Belə bir sual meydana çıxır? Müharibə S-400-lərlə başlayacaq?
Hərbi ekspert Abuzər Əbilov A24.Az üçün məsələni şərh edib.
Polkovnik bildirir ki, Rusiya həmişəki kimi ikibaşlı oyun oynayır. “Həm Ermənistanı silahlandırır, həm bizi. Biz deyərkən, Türkiyəni nəzərdə tuturam. Bir dövlət iki millətik. Son illərdə Türkiyə Qərblə yaxşı münasibətdə deyil. Türkiyə Rusiyaya tərəf siyasət yürüdür və Türkiyə Rusiya ilə hərbi sənaye ilə bağlı müqavilələr imzalayır, silah-sursat alır. Bundan əlavə Türkiyə bu addımı atmaqla ikitərəfli təhlükəsizliyini qoruyur. Həm Azərbaycanı, həm özünü”.
Hərbi ekspert Türkiyənin atdığı addımı düzgün sayır. “Türkiyənin Rusiyadan aldığı hava müdafiəsi sistemlərinin Naxçıvanda yerləşdirilməsi həm Türkiyənin Ermənistan tərəfdən sərhədlərinin pozulmasının qarşısını alacaq, həm də Naxçıvanı Ermənistanın mümkün hücumundan qoruyacaq. Türkiyənin Azərbaycanla belə bir tarixi razılaşması var. Əgər Naxçıvana təcavüz aktı, hücum olarsa Türkiyə Naxçıvana müdaxilə edəcək və Naxçıvanın təhlükəsizliyini təmin edəcək. Əslində Türkiyə həm Naxçıvanı, həm də öz hava sərhəddini qorumaq üçün ordakı strateji yüksəkliklərdə havadan müdafiə sistemləri yerləşdirməklə düzgün addım atıb”.
Qeyd edək ki, “S-400″ ”Triumf” zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu raketlər 400 kilometr məsafədə istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400″ kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot” raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.
Türkiyənin aldığı zenit-raket kompleksinə gəlincə isə onu bildirək ki, qardaş ölkənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var.
Alınacaq S-400-lər 24 batareya 96 uzaq mənzilli raketdən ibarət olacaq. Hər bölüyün isə ayrıca radar mərkəzləri olacaq.
Vüsalə Əlövsətqızı

