Türkiyə İranla ortaq bank yaradır
05.03.2020 14:10Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Viladimir Putin və İran prezidenti Həsən Ruhaninin Tehrandakı görüşü təkcə Suriya haqda deyil, üç ölkə arasında ticarətin gələcəyi ilə bağlı mühüm nəticələri də ortaya çıxarıb.
Об этом сообщает Руспрес
“A24.Az” xarici mediaya istinadən xəbər verir ki, İran Mərkəzi Bankının rəhbəri Abdunnasır Hümmətin açıqlaması iş dünyasında böyük əks səda doğurub.
Açıqlamasında Hümmət “Türkiyə, Rusiya və İran üçlü ticarətdə dollardan yan keçərək yerli valyutalarla əməliyyat edəcəklərinə dair razılığa gəliblər”, – deyə bildirib.
Məsələyə dair açıqlama verən Türkiyə-İran Biznes Şurasının sədri Ümid Kiler, qərarın iki ölkə arasındakı ticarət əlaqələrini lazım olan səviyyəyə qaldırılacağını ifadə edib.
Türkiyə və İran arasında münasibətlərin yüz illərdir davam etdiyini ifadə edən Kiler “Bu embarqo ən çox Türkiyəyə təsir etdi. İran bizim üçün hər hansı bir ölkə deyil. Sərhəd qonşumuzdur. Haqsız, hüquqsuz bir embarqo söz mövzusudur. Tehranda alınan qərar bizləri xoşbəxt etdi”, – deyə o bildirib.
Orxan Aslanlı / A24.az

