Türkiyə kürdləri ürəyindən vurdu – Mehmetçik Kobaniyə girdi – İDDİA
05.03.2020 14:11Türkiyə Silahlı Qüvvələri dünən gecə iki istiqamətdən Kobaniye (Eyn Əl Arab) daxil olub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə PKK/PYD-ə yaxın mənbələr iddia edib.
Bildirilir ki, sərhədi keçərək irəliləyən hərbi heyət və zirehli maşınlar hazırda Bobene və Sifteke bölgələrindədir.
TSK-nin əraziyə minalar atdığı da iddia olunur.
Eyni mənbədən verilən başqa bir məlumatda isə türk əsgərlərinin saat 01.00-da hər hansı bir qarşıdurma baş vermədən tamamilə geri çəkildiyi bildirilir.
Qeyd edək ki, Kobani Suriyanın şimalında kürdlərin sıx yaşadığı bir regiondur. Türkiyə sərhədində yerləşən bu bölgə ilə Şanlıurfanın Suruç rayonu arasında Mürşitpınar sərhəd qapısı var.

