Türkiyə XİN-dən İsrailə: Həddini aşma!
05.03.2020 14:11Türkiyə Xarici İşlər nazirliyi sözçüsü Həmid Aksoy bəzi ölkə səfirlərinin Cənubi Kipr Rum Rəhbərliyinin karbohidrogen fəaliyyətinə dair ifadələrinə dair suala cavab verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Kipr Rum Rəhbərliyinin ötəm gün keçirdiyi iclasda bəzi səfirlərin, Rum rəhbərliyinin Şərqi Aralıq Dənizdə birtərəfli apardığı karbohidrogen fəaliyyəti mövzusundakı dəstək bəyan edən ifadələrini yersiz olduğunu bildirən Aksoy, “Həmin ölkələrin nümayəndələrinə həddlərini çıxmamalarını tövsiyə edirik”, – deyə bildirib.
Kiprdə ədalətli və qalıcı bir həllin hələ təsis edilməmiş olduğu bir şəraitdə, Kipr Rum tərəfinin adanın yeganə sahibi kimi davranmaqda israr edərək birtərəfli karbohidrogen fəaliyyətini davam etdirməsinin yolverilməz bir vəziyyət olduğuna diqqəti çəkən Aksoy, sözügedən fəaliyyətlərlə Rum tərəfinin, Ada-nın birgə sahibi Kipr türklərinin təbii sərvətlər üzərindəki aslı haqlarını heçə saydığını vurğulayıb.
Orxan Aslanlı // A24.Az

