Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə 3000 dollar ödəməklə 21 günə hərbi xidməti başa vuracaqlar

05.03.2020 14:11

Türkiyə Böyük Millət Məclisi ödənişli hərbi xidmətlə bağlı qanun layihəsini qəbul edib.

Об этом сообщает Роспрес

A24.Az-ın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanuna əsasən, 1 yanvar 1994-cü ildən bu tərəfə doğulan çağırışçılar 15 min Türk lirəsi (təxminən 3000 ABŞ dolları) ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar. Xaricdə yaşayanlar isə bundan sonra min yox, 2000 avro ödəyib, Milli Müdafiə Nazirliyi tərfindən veriləcək uzaqdan təlim almaları halında məcburi hərbi xidmətini yerinə yetirmiş sayılacaq. Onlar üçün 38 yaş həddi isə aradan qaldırılır.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl ödənişli hərbi xidmət 28 gün idi.

Orxan Aslanlı // A24.Az