Türkiyədə acı xəbər: 2 əsgər şəhid olub
05.03.2020 14:11Türkiyənin Batman bölgəsinin Kozluk rayonundakı əməliyyatda iki əsgər şəhid olub.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kumlupınar kəndi ətrafında bir qrup terrorçunun olması ilə əlaqədar rayonda əməliyyat başlayıb.
Terrorçuların açdığı ilk atəşdə iki əsgər ağır yaralanıb.
Helikopterlə Kozluk Dövlət Xəstəxanasına aparılan iki əsgər də müdaxilə edilməsinə baxmayaraq şəhid olublar. Münaqişədə bir terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyat davam edir.
Orxan Aslanlı / A24.az

