Türkiyədə azərbaycanlı faciəvi şəkildə ölüb
05.03.2020 14:11Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb.
Об этом сообщает Футляр от виолончели
Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınıb.
Özəl fermer təsərrüfatında çalışan Şirvan sakini, 1988-ci il təvəllüdlü Seyidov Rauf Rəhim oğlu idarə etdiyi qoşqulu traktoru dönmə anında dərəyə aşırıb. Nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib. Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir. Qohumlarının dediyinə görə, sentyabrın 15-də R.Seyidovun 30 yaşı tamam olacaqdı.
Faktla bağlı Bursa şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

