Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə azərbaycanlı qadını güllələyib yolun ortasına atdılar

05.03.2020 14:11

Türkiyədə polis öldürülərək yolun ortasına atılan 3 uşaq anasının birlikdə yaşadığı kişini axtarır.

Об этом сообщает Футляр от виолончели

Saytımız türk mediasına istinadən xəbər verir ki, Konyanın Karatay qəsəbəsində 3 uşaq anası olan qadın odlu silahdan atılan atəşlə öldürülüb.

Tapancayla vurulan qadının yolun ortasına atıldığı xəbərini alan polis dərhal adıçəkilən ünvana gəlib. Bədəninin 8 müxtəlif yerindən odlu silahla vurulan azərbaycanlı qadın Saibə Yeksəlir (50 yaş) təcili yardımla Konyadakı xəstəxanaya aparılıb. Qadına edilən müdaxilələrə baxmayaraq həkimlər onun həyatını xilas edə bilməyib.

Azərbaycanlı qadın xəstəxanaya aparılmazdan əvvəl kömək etməyə çalışan vətəndaşlar ona “kim etdi” sualını verib. O isə “Rahim” cavabını verdiyi iddia edilir.

Polis hadisə şahidlərinin ifadələri üzərinə şübhəli bilinən, 3 uşaq anası Saibe Yükselirin Rahim A. ilə birlikdə yaşadığını aşkar edib. İddiaya görə, 3 uşaq anası olan və ərindən boşanan Saibe Ykselir Rahim. A-nın iş yerinə gələrək arvadından boşanıb onunla evlənməsini, verdiyi sözü yerinə yetirməsini istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Mübahisə edən cütlüyü sakitləşdirmək üçün hadisə yerinə polis gəlib. Lakin cütlük bir-birilərindən şikayətçi olmadıqlarını söylərək barışıb. Lakin sonra iş yerinə gələrkən Rahim Saibə Yükselirə tapancayla atəş açıb. Qanlar içərisində qalan qadını avtomobildəm yerə atan kişi hadisə yerindən qaçıb.

Şübhəlinin qaçdığı avtomobil küçələrin birində tərk edilmiş halda tapılıb. Avtomobildə axtarış aparan polis Rahim A-nın həbs olunması üçün işə başlayıb.