Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə dollar böhranı mətbuatdan yan keçmədi: Bu qəzet bağlandı

05.03.2020 14:11

Türkiyədəki dollar böhranı mətbuatdan da yan keçməyib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Aydınlıq qəzeti, bugünkü nəşrində oxucularına artan xərclər və kağız çətinliyi səbəbiylə çapa üç gün fasilə verdiyini bildirib. Xarici valyuta məzənnəsindəki artım mətbuat sektorunu də mənfi təsir göstərib. “Sözçü” və “Respublika” qəzetləri qiymətləri artırarkən, “Aydınlıq” qəzeti də nəşr həyatına 3 gün fasilə vermək məcburiyyətində qalıb. 25 avqustda yenidən satışda olacağını bildirən “Aydınlıq” qəzetinin qərarı bugünkü manşetində belə qeyd edilib: “Artan xərclər və kağız çətinliyi səbəbiylə nəşrimizə üç gün məcburi olaraq fasilə veririk. Dollar böhranından oxucularımızın dəstəyi ilə güclənərək çıxacağıq. 25 avqustdan etibarən daha güclü bir işıq üçün indidən qollarımız çırmalayırıq”. Qəzetin baş məqaləsində da, artan dolların kağız qiymətlərini 3 dəfə bahalaşdırdığı vurğulanaraq, “Dövlət qurumları isə dolların yazılı mətbuatı boğulmasını kənardan izləyir”, – deyə qeyd olunub.

Orxan Aslanlı // A24.Az