Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədəki dollar böhranı məşhur şirkəti “vurdu” – Bütün mağazaları bağlandı

05.03.2020 14:11

Dəddəbəli geyim markalarının məhsullarını satan “Bilsar” şirkəti valyuta məzənnələrində yaşanan dəyişiklik nəticəsində satışların azalması və xərclərin artmasından sonra Türkiyədə “Bilstore” markasıyla satış edən bütün mağazalarını bağlamağa qərarı alıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediyasına istinadən xəbər verir ki, “Bilstore”un Türkiyənin Nişantaşı, Kanyon, Erenköy, Akmerkez və Tunel kimi mərkəzi bölgələrində populyar alış-veriş mağazaları vardı. Bilsar İdarə Heyətinin Sədri Salman Bilal, mətbuata açıqlamasında “Türkiyədəki bütün “Bilstore” mağazalarını bağladıq. Məlum yaşanan iqtisadi çətinliklər səbəbindən ixraca yönəldik. Bu səbəbdən də “Bilstore” mağazalarının fəaliyyətini dayandırdıq”, – deyə bildirib.

Türkiyədə 2005-ci ildən bu yana fəaliyyət göstərən “Bilstore” mağazalarında məşhur markaların seçilmiş geyimləri, aksessuarlardan, elektrik məhsullarından, CD-dən kitaba qədər yüzlərlə fərqli sahədən məhsul satışı aparırdı. Mağazalarda Fred Perri, Nike, Adidas, Costume National və Superga kimi brendlərin məhsulları satılırdı.

Orxan Aslanlı / A24.az