Türkiyədən Yunanıstana dəstək: Köməyə hazırıq
05.03.2020 14:11Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda başlayan meşə yanğınları ilə əlaqədar ölkənin xarici işlər nazirinə zəng edərək Türkiyənin hər növ köməyə hazır olduqlarını bildirib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu yunanlı həmkarı Nikos Kocias ilə telefon danışığı zamanı Yunanıstanda baş verən yanğınlardan dolayı məyus olduqlarını və ölən insanlara rəhmət dilədiyini çatdırıb.
Həmçinin Çavuşoğlu Kociasa Türkiyənin hər növ yardıma hazır olduğunu da bildirib.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afina daxil olmaqla bir neçə bölgəsində baş verən yanğında 50 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın isə xəsarət aldığı qeyd edilir.

