Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyəli jurnalistlər Suriyada girov götürüldülər – 27 saatdan sonra isə…

05.03.2020 14:11

Xəbər hazırlamaq üçün Suriyanın İdlib şəhərinə gedən “TRT World” heyəti silahlı qrup tərəfindən saxlanılıb. Türkiyənin cəhdləri nəticəsində girov saxlanılan heyət 27 saatdan sonra sərbəst buraxılıb.

Об этом сообщает Роспрес

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, “TRT World” qrupundan olan müxbir Sara Firth, prodüser Həsən Arber və operator Faruk Uca-nı aparan maşın nəzarət nöqtəsində dayandırılıb. Atme düşərgəsi yaxınlığında, Heyəti Tahrir-i Dəməşq qrupunun mətbuat idarəsinə getmək istədiklərini söyləyən heyətin maşını saxlanılıb. Heyət İdlib yaxınlığında bir yerə aparılıb. “TRT World” heyətindən xəbər almayan TRT rəhbərliyi hərəkətə keçib və təhlükəsizlik orqanlarına məlumat verilib. Avadanlığın icarəyə götürüldüyü firmadan təqib sistemi məlumatları alınıb və yer müəyyən edilib. Regionda fəaliyyət göstərən qruplarla təmas quran Türk rəsmiləri qrupun buraxılmasını istəyib. 27 saat girov saxlanılan qrup, cümə günü günortadan sonra sərbəst buraxılıb. “TRT World” briqadası, avtomobil və materiallarını aldıqdan sonra Türkiyəyə geri dönüblər.

Orxan Aslanlı / A24.az