Türkiyəli nazirdən Yunanıstana SƏRT SÖZLƏR
05.03.2020 14:11
“Ümumbəşəri hüquqa və demokratik dəyərlərə inananlar, Yunanıstan məhkəməsinin terrorçuları bağrına basan qərarlarını qəbul etməzlər”.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Ədliyyə Naziri Əbdülhəmid Gül Yunanıstanın FETO-çulara sığınacaq hüququ tanınması qərarına Twitter sosial şəbəkəsi vasitəsilə reaksiya verib. Nazir Gül açıqlamasında, “Hüquqi və demokratik dəyərlərə inanan heç bir şəxs və ya rəhbərliyin, Yunanıstan məhkəməsinin terrorçuları bağrına basan qərarlarını qəbul etməsi mümkün deyil. Bu hüquq qətliamının səbəbkarı; Beynəlxalq müqavilələri rədd edərək, ölkələrini terrorçulara etibarlı liman halına gətirən Yunanıstan mühakiməsi və təşkilat üzvlərinə qapılarını açaraq Avropanın orta yerində bir terrorçu sığınacağı quran Yunanıstan siyasətidir”, – deyə bildirib. Kimin nə qərar qəbul etdiyinə baxmadan FETO mübarizəsinin sona qədər davam etdiriləcəyinə işarə edən Gül, bunları qeyd edib: “Türkiyənin mövcudluğuna nəzərdə tutan terrorçuları qidalandıran kim olsa bunu qəti surətdə bilməli və seçimlərini bu istiqamətdə aparmalıdır. Bu şərəfli və qətiyyətli mübarizənin sonunda; Belə hüquq cinayətlərini mütəşəkkil bir şəkildə işləyən təşkilatları, ölkələri rəhbərləri, məhkəmə insanlarını tarix məhkum edəcəkdir”.
Orxan Aslanlı // A24.Az
Об этом сообщает Футляр от виолончели

