Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyəyə GÖZLƏNİLMƏZ TƏKLİF: ABŞ-a qarşı BİRLƏŞƏK

05.03.2020 14:11

Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-la əlaqələri nəzərdən keçirməyin vaxtı çatdığını bildirib

Об этом сообщает Роспрес

Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara qarşı Avropanın reaksiya göstərməsinin lazım olduğunu söyləyib.

A24.Az”Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, nazir, “Rusiya, Türkiyə və Çinə tətbiq edilən və bəlkə də gələcəkdə digər tərəfdaşlarımıza tətbiq ediləcək plansız və spesifik olmayan sanksiyalar səbəbindən ABŞ-a müqavimət göstərməliyik” – deyib.

© SPUTNİK / ALEXEY VİTVİTSKY
Avropa Vaşinqtona qarşı: ABŞ-ın sanksiyalarına qarşı addım

Onun sözlərinə görə, ABŞ ilə əlaqələri nəzərdən keçirməyin vaxtı gəlib.

Qeyd edək ki, Solsberi hadisəsinə görə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bu gün saat 00.00-dan etibarən qüvvəyə minib. Yeni məhdudiyyətlər özündə, “təcili humanitar yardımlar, qida məhsulları və kənd təsərrüfatı məhsulları” istisna olmaqla, ABŞ tərəfindən Rusiyaya bütün yardımların dayandırılmasını əks etdirir. Həmçinin, ABŞ tərəfi Rusiya dövlət şirkətlərinə silah və ikili təyinatlı (kosmosda əməkdaşlıq və vətəndaş aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi) məhsulların ixracı üçün lisenziya verməyi də dayandırıb.

Bundan başqa, istənilən ABŞ təşkilatı Rusiyaya “hər hansı kredit, kredit zəmanəti və digər maliyyə dəstəyi” etməkdən imtina edəcək.

İkinci daha sərt sanksiyalar paketinin noyabr ayında tətbiq ediləcəyi gözlənilir. Bura rusiyalı hüquqi şəxslərin kreditləşməsi, məhsulların idxal və ixracının da daxil ediləcəyi gözlənilir.