Ukraynada deputatlar arasında dava – Saxlanılanlar var – VİDEO
05.03.2020 14:12Ukraynada Sumsk vilayətinin Konotop şəhər sovetinin deputatları kütləvi davanın yaranmasına səbəb olublar.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, region polisin məlumatına görə, bölgənin hazırkı merinin tərəfdarları və əleyhdarları arasında münaqişə nəticəsində 50 nəfər saxlanılıb. Bundan başqa, dörd polis yaralanıb. “Hər iki tərəf bilərək öz tərəfdarlarını zala yığaraq, bilərəkdən süni şəkildə də olsa dava təşkil ediblər”, – deyə polisin yaydığı məlumatda bildirilir.
Hadisənin konkret səbəbi məlum deyil.
Orxan Aslanlı // A24.Az

