Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ulduz futbolçuya Çindən inanılmaz təklif

05.03.2020 14:12

Hazırda “Kristal Palas”da çıxış edən Vilfried Zaha Çindən təklif alıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, alman mütəxəssis Bernd Şusterin başçılıq etdiyi “Dalian Yifanq” Kot-d’İvuardan olan hücumçunu heyətinə qatmaq istəyir. Asiyalılar Zaha üçün “Kristal Palas”a 50, futbolçunun özünə illik 15 milyon avro maaş təklif edir.

Afrikalı futbolçu hazırda Premyer Liqada həftəlik 150 min funt-sterlinq (təxminən 167 min avro) maaş alır. Çin klubu isə ona bundan 3 dəfə artıq maaş təklif edir.

Qeyd edək ki, 26 yaşlı hücumçu bundan əvvəl “Mançester Yunayted” və “Kardiff Siti” klublarında çıxış edib. O, cari mövsümdə oynadığı 18 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.