“Unibank”dan müştəriləri narazı salan qərar
05.03.2020 14:12Bu gün “a24.az”ın redaksiyasına “Unibank”ın “Albalı plus” kartında manat hesabının dondurulduğu barədə məlumat daxil olub.
Об этом сообщает Роспрес
Qeyd edilib ki, “Albalı plus” kartından əvvəlki kimi pulu manatla yox, yalnız dollarla çıxarmaq mümkündür. Eyni zamanda, “Unibank” bu barədə müştərilərinə sms də göndərib. Oxucumuzun redaksiyamıza müraciətindən məlum olur ki, xeyli müddətdir ki, “Albalı plus” kartından istifadə edir və bu günə qədər ehtiyacı olanda pulu manatla çıxarıb: “Amma bu gün məlum oldu ki, manatla hesabım dondurulur və pulu yalnız dollarla çıxara bilərəm. Kartı keçən il almışam və 2019-cu ilə kimi istifadə müddəti var. Maraqlandım, dedilər ki, gəl dollarla olan kart götür, manat hesabın dondurulur. Hazırda isə hesabım manatladır, amma milli valyuta ilə pul çıxara bilmirəm”.
“Unibank”ın bu qərarı müştəri tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, milli valyutamıza ögey münasibət kimi dəyərələndirilir.
Saytımız məsələ ilə bağlı həm ekspert rəyi, həm də bankdan münasibət öyrənib.
“Bankda yalnız yeni kartlar dollarla ayrılır”
Bankın Məlumat Mərkəzinin əməkdaşı Leyla Niyazova saytımıza deyib ki, yeni qərar bank tərəfindən verilən yeni prosedurdur. Amma belə bir fikri də söyləyib ki, bank tərəfindən yeni kartlar təklif edilir ki, həmin kartlarda hesablaşma dollarla ifadə edilir: “Bankda yalnız yeni kartlar dollarla ayrılır. Amma əgər müştərinin kartı manatladırsa, həmin kart avtomatik olaraq dollara keçirilmir. Manatla olan kartın dollara çevrilməsi mümkün deyil. Müştəri özü istəyirsə, o zaman dollarla olan kart götürə bilər. Amma müştəri kartı manatla götürübsə, manatla da allır və ya ödənişi manatla edir. Müştərinin xəbəri olmadan onun hesabı dollara keçirilə bilməz. Hazırda dollarla ayrılan sırf yeni kartlardır. İstərdik ki, narazı müştəri bizimlə əlaqə saxlasın”.
“Kimin kartı manatladırsa əvvəlki qayda ilə istifadə edir”
L.Niyazova bir daha bildirib ki, kimin kartı manatladırsa əvvəlki qayda ilə istifadə edir: “Sizin dediyiniz müştərinin kartı manatladırsa, əvvəlki qaydada istfadə edir. Ola bilsin ki, bankın daxili siyasətinə əsasən, nağdlaşdırmaya görə məhdudiyyət olsun. Yəni müştəri manatla kart istəmirsə və tam məhdudiyyətsiz və nağdalaşdırma imkanı olan kart istəyirsə, o zaman dollarla olan kart üçün müraciət edə bilər. Amma bütün hallarda manatla olan kart müştəridən xəbərsiz dollara keçirilmir”,-deyən L.Niyazova müştərinin onlara yenidən müraciət etməsini məsləhət bilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə “a24.az”a deyib ki, onun özü də həmin kartdan istifadə edir və təxmini bir həftə əvvəl əməliyyatı manatla həyata keçirib.
Manatın məzənnəsi ilə bağlı yeni risklər var
“Banklar mümkün devalvasiyadan özlərini sığortalamaq siyasəti aparırlar”
Yeni qərar barədə məlumata malik olmadığını bildirən R.Həsənov onu da deyib ki, ümumiyyətlə, hazırda banklar gələcəkdə baş verə biləcək mümkün devalvasiyadan özlərini sığortalamaq siyasəti aparırlar: “Manatın məzənnəsi ilə bağlı yeni risklər var. Çünki neftin qiyməti gözlənildiyi kimi bahalaşmır. Mərkəzi Bank manatın saxlanmasına 2,5 milyard manata yaxın pul xərcləyib və bu xərclər getdikcə artır. Manatın məzənnəsi ilə bağlı risklər gözlənildiyi üçün banklar kartlara ayırdığı vəsaiti dollarla təqdim etməyə üstünlük verir. Nəzərə alsaq ki, plastik kartlarla verilən pullar da kreditin bir növüdür, o zaman bankların bu vəsaitlərin dollarlaşması istiqamətində qərarı başadüşüləndir”.
Yeni qərar başadüşüləndir, amma…
Amma ekspert bu işdə bir məqama xüsisi diqqət yetriməyi vacib sayır. Onun sözlərinə görə, əgər müştəri ilə bağlanan müqavilələrin vaxtı bitməyibsə, Unibankın kartlardakı hesabı dollarlaşdırmaq barədə qərarı qanun pozuntusudur: “Çünki müqavilənin müddəti bitdiyi təqdirdə yeni müqavilə bağlana bilər. Yeni müqavilədə isə kartdakı vəsaitin manatla və ya dollarla olacağı ifadə edilməlidir. Əgər yeni müqavilə yoxdursa və “Unibank” belə bir addım atırsa, bu, vətəndaşların hüquqlarının pozulması deməkdir”.
Atif Sarıxanlı

