Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşağına məktəbli forması ala bilməyən ana bu addımı atdı

05.03.2020 14:12

Türkiyənin Mersin bölgəsində məktəbli uniformasını almağa pulu çatmayan ana, 8-ci sinifdə oxuyan uşağına məktəbə “Boyun Əymə” yazılı qolsuz köynəklə göndərib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin Namiq Kamal orta məktəbində səkkizinci sinifdə oxuyan uşağına forma almağa pulu çatmayan Türkan Əsər adlı valideyn uşağını “Boyun Əymə” yazılı qolsuz köynəklə məktəbə göndərib. Müəllim qolsuz köynəyə reaksiya göstərəndə məktəbə gedən Türkan Əsər, müəllimə, “Mənim iki uşağım var, ikisi də məktəbə gedir.

İkisinə də forma almağa imkanım yoxdur. Əgər məcburidirsə formaları məktəb paylamalıdır” dedi. Müəllimin, uşağına nə üçün “Boyun Əymə” yazılı qolsuz köynək geyindiyini soruşduqdan sonra Türkan Əsər, “Çünki bu qolsuz köynək, sizin sisteminizin boyun əydirə bilmədiyi, əzəmədiyi insanların qolsuz köynəyidir, uşağımı bu qolsuz köynəklə məktəbə göndərməyə davam edəcəyəm.

Məktəb forma vermirsə, mən də övladıma bu sistemə boyun əyməyən insanların geydiyi forma geyindirirəm”, – deyə bildirib.

Orxan Aslanlı