Uşaq bağçasında “zırpaket”lər partladı – Onlarla uşaq yaralandı – VİDEO
05.03.2020 14:12Gürcüstanda azərbaycanlı uşaqların da təhsil aldığı uşaq bağçasında “Yeni il” bayramı münasibətilə keçirilən şənlikdə istifadə olunan pirotexniki vasitələr partlayıb.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi məlumata görə, hadisə ölkənin Tbilisi şəhəri yaxınlığındakı Poniçala qəsəbəsində yerləşən 71 saylı uşaq bağçasında baş verib. Belə ki, valideynlər tərəfindən gətirildiyi bildirilən pirotexniki vasitələr qəfildən partlayıb.
Nəticədə onlarla azyaşlı yaralanıb. Xəsarət alanlar arasında valideynlərin də olduğu bildirilir. Onlar Poniçala qəsəbə xəstəxanasına yerləşdirilib.
Yaralanan azyaşlılar arasında azərbaycanlılar da var.
Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb.

